Qravimetrik və elektrik kəşfiyyat işləri

Qravimetrik və elektrik kəşfiyyatı üsullarının birgə tətbiqi ilə yerinə-yetirilən geofiziki tədqiqat işləri sürüşmə prosesləri, qruntların nəmlilik səviyyəsi, sulu horizontların dərinliyi barədə etibarlı və aktual məlumatlar əldə etməyə imkan verməklə yanaşı, eyni zamand, karst boşluqlarını aşkar etməyə və qruntun daşıyıcılıq xüsusiyyətini təyin etməyə imkan verir.

Qravimetrik və elektrik qrupu tərəfindən aşağıdakı işlər görülür:

  • Respublika ərazisinin Yer qabığının səthi və dərinlik geoloji-tektonik quruluşunun və təşəkkülünün qanunauyğunluqlarının öyrənilməsi və təfsiri;

  • -Yer qabığının inkişafının əsas mərhələ və dövrlərinin tədqiqi, onun geodinamik təkamülü və müasir strukturunun təşəkkülü proseslərinin rekonstruksiyası və modelləşdirilməsi;

  • litosferin inkişafının ən yeni mərhələsində baş verən tektonik hadisə və geodinamik proseslərin öyrənilməsi;

  • seysmik və ekzogen proseslərin tektonik qanunauyğunluqlarının tədqiqi, müasir tektono-geodinamik, seysmik və ekzogen proseslər arasında korrelyativ asılılıqların müəyyən edilməsi və təhlili, təbii fəlakətlər riskinin proqnozlaşdırılması;

  • müxtəlif faydalı qazıntıların əmələgəlmə və paylanması ilə Yer qabığının geoloji-tektonik quruluşu arasında qarşılıqlı əlaqələrin öyrənilməsi;

Qravimetrik və elektrik
kəşfiyyat işləri

Seysmik-mikroseysmik
tədqiqatlar

GPS tədqiqatları
və topoqrafik xəritəalma

Geoloji mühitin
radiometriyası

Çöküntü hövzələrinin geokimyası
və flüid dimamikası

Geoloji quruluşun
öyrənilməsi

Hidrogeoloji və geoekoloji
tədqiqatlar

ANALİTİK İŞLƏR MƏRKƏZİ

Analitik işlər
mərkəzi

Geotermal Enerji Resursları

GEOTERMAL ENERJİ
RESURSLARI