Geoloji quruluşun öyrənilməsi

Geoloji quruluş, mühəndisi-geoloji şərait, radioloji, hidrogeoloji və hidroloji şərait, torpaq qatı və bitki örtüyünün xüsusiyyətlərinə aid məlumat bazasının işlənib hazırlanması ilə sənaye və sosial təyinatlı obyektlərin inşası nəzərdə tutulan sahələrin təbii mühitinin ilkin vəziyyətinin qiymətləndirilməsi

Geoloji quruluşun öyrənilməsi qrupu tərəfindən aşağıdakı işlər görülür:

  • sahədə iri miqyaslı (1:200 – 1:5000) geoloji planalma işlərinin aparılması (süxurların növü və çatlılığı, yatım xüsusiyyətləri, tektonik pozulmaların növü və istiqamətləri və s.öyrənilməsi);
  • seysmik və elektrik kəşfiyyat, maqnitometriya üsullarından istifadə etməkllə  kiçikdərinlikli geofiziki tədqiqatların aparılması;
  • sahənin geoloji kəsilişinin, həmçinin müəyyən edilmiş geofiziki anomaliyaların geoloji təbiətinin  öyrənilməsi məqsədilə dağ-qazma işlərinin (azdərinlikli buruq quyuları, xəndək və şurfların qazılması) aparılması, qazmalardan süxur nümunələrin götürülməsi və onların tərkibinin öyrənilməsi (geokimyəvi, spektral,  mineraloji, petroqrafik analizlər);
  • GPS monitorinqinin aparılması – sahənin müasir kinematikasının, gərginlik və deformasiya vəziyyətinin öyrənilməsi;
  • tektonik pozulmaların müasir fəallığının və seysmik təhlükənin qiymətləndirilməsi;
  • məsafədən zondlama materiallarının (kosmik və aerofoto çəkilişlərin) təfsiri və təhlili ilə geoloji və geoekoloji vəziyyətin qiymətləndirilməsi;
  • yer səthində və dağ qazmalarında radioloji şəraitin öyrənilməsi;   
  • sahənin iri miqyaslı (1:200 – 1:5000) yekun geoloji xəritəsi və geoloji kəsilişlərinin tərtibi;
  • sahənin müasir geoloji durumu üzrə xülasənin tərtibi.
  • sahənin iri miqyaslı (1:200 – 1:5000) topoqrafik planının tərtibi;
  • yer səthinə çıxan qruntların növü, yatma şəraiti və xassələrinin öürənilməsi;
  • mühəndisi-geoloji və hidrogeoloji şəraitin öyrənilməsi məqsədilə dağ-qazma işlərinin (azdərinlikli buruq quyuları, xəndək və şurfların qazılması) həyata keçirilməsi;
  • üst qrunt qatından və dağ qazmalarından süxur nümunələrinin götürülməsi, nümunələrin çöl şəraitində tədqiqi, geokimyəvi, petroqrafik, fiziki-mexaniki və s. xüsusiyyətlərinin laborator öyrənilməsi;
  • buruq quyularında hidrogeoloji müşahidələrin yerinə yetirilməsi – qrunt sularının mövcudluğu, onların yatma dərinliyi və dinamikasının müəyyən edilməsi, onların bir sıra fiziki-kimyəvi parametrlərinin mobil təyini, əlavə  hidrogeokimyəvi laborator sınamaların aparılması;
  • yerüstü təbii su mənbələrinin təyini, onların rejiminin öyrənilməsi;
  • yerüstü geoloji proseslərin (sürüşmələr, uçqunlar, töküntülər və s.) və onların dinamikasının öyrənilməsi;
  • inşa ediləcək obyektlərin istismarına yerüstü geoloji proseslərin, yerüstü və yeraltı suların mümkün təsirinin qiymətləndirilməsi
  • sahənin mühəndisi-geoloji, hidrogeoloji və hidroloji durumu üzrə xülasənin tərtibi, təkliflərin işlənib hazırlanması.

 

Qravimetrik və elektrik
kəşfiyyat işləri

Seysmik-mikroseysmik
tədqiqatlar

GPS tədqiqatları
və topoqrafik xəritəalma

Geoloji mühitin
radiometriyası

Çöküntü hövzələrinin geokimyası
və flüid dimamikası

Geoloji quruluşun
öyrənilməsi

Hidrogeoloji və geoekoloji
tədqiqatlar

ANALİTİK İŞLƏR MƏRKƏZİ

Analitik işlər
mərkəzi

Geotermal Enerji Resursları

GEOTERMAL ENERJİ
RESURSLARI