Qlobal Mövqetəyinetmə Sistemi – GPS tədqiqatları və topoqrafik xəritəalma qrupu tərəfindən aşağıdakı işlər görülür:
Qlobal Mövqetəyinetmə Sistemi – GPS tədqiqatlarının aparılması sürüşmə zonalarının monitorinqi, sürüşmə kütləsinin əhatə etdiyi sahənin müəyyənləşdirilməsi, sürüşmənin hərəkət sürətinin və dinamikasının öyrənilməsinə, neft-qaz boruları və hidrotexniki qurğuların, iri sənaye tipli və strateji qurğuların yerləşdiyi ərazilərdə seysmik nöqteyi nəzərdən gərginliklərin toplanması və miqrasiyasının müəyyənləşdirilməsinə imkan verir.