Geoloji mühitin radiometriyasi

Şöbə 2006-cı ildə 1961-ci ildən Geologiya və Geofizika İnstitutunun strukturunun tərkibində olan “Radiometriya” laboratoriyasının əsasında yaradılmışdır.

Şöbənin nəzdindəSınaq laboratoriyası fəaliyyət çöstərir. Sınaq laboratoriyası radionuklid tərkibin sınağının həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunmuşdur (attestat № AZ 01.0373.01.18).

Şöbənin fəaliyyətinin əsas istiqamətləri:

  • Süxurların, torpaqların, suların, havanın, dib çöküntülərinin və s. inteqral radioaktivliyinin və radionuklid tərkibinin tədqiqi.
  • Müxtəlif litoloji stratiqrafik kompleklərdə fon radioaktivliyinin və radioaktiv elementlərin miqdarının təyin edilməsi və radiostratiqrafiya metodunun işlənilməsi.
  • Geoloji mühitin radiometriyasiTektonik pozulmaların aşkar olunması və izlənilməsi, onların müasir fəallığının qiymətləndirilməsi.
  • Palçıq vulkanlarının radioaktiv sahələrinin öyrənilməsi və real zaman miqyasında monitorinq sisteminin yaradılması.
  • Seysmik, geodinamik proseslər, neft-qazlılıqla bağlı radioaktiv sahələrin öyrənilməsi.
  • Müxtəlif ərazilərin radionuklid çirklənməsinin qiymətləndirilməsi və onların təbiətinin öyrənilməsi.
  • Geoloji mühitin radiometriyasiYeni elmi istiqamət olan tibbi geologiya sahəsində elmi-tədqiqat işləri aparılır.
  • Azərbaycan ərazisində radonun həcmi aktivliyinin paylanmasının öyrənilməsi.
  • Urbanizə olunmuş ərazilərin radon potensialının öyrənilməsi; içtimai və istehsalat binalarında, yaşayış evlərində radon qazının qatılığının ölçülməsi.
  • Ətraf mühitdə (torpaq və dağ süxurları, sular, hava), təbii xammalda (qum, çınqıl,süxurlar, neft, taxta və s.), tikinti materiallarında və məhsullarında və onların istehsalı üçün xammallda, metallarda, içtimai və istehsalat təyinatlı tikililərdə, bina və evlərdə təbii və texnogen radionuklidlərin təyini.

 

Şöbədə görülmüş elmi-tədqiqat işləri:

  • Abşeron yarımadasının təbii radioaktivliyinin 1:200000 miqyaslı xəritəsi tərtib olunmuşdur (texnogen anomaliyalarla).Geoloji mühitin radiometriyasi
  • Bəzi neft-qaz çıxarılan strukturların radioaktivlik xəritələri və texnogen çirklənmələrin əraziləri aşkar edilmişdir; radionuklid çirklənmənin formalaşma mexanizmi göstərilmişdir.
  • “Abşeron yarımadası üçün radonun həcmi aktivliyinin paylanması xəritəsi” tərtib olunub.Geoloji mühitin radiometriyasi
  • “Azərbaycan ərazisi üçün radonun həcmi aktivliyinin paylanması xəritəsi” tərtib olunub, radonun anomal konsentrasiyası olan zonalar müəyyən edilib, radonun kadastrı yaradılıb.

 

Şöbənin əməkdaşları bir sıra beynəlxalq layihələrdə iştirak etmişdir:

  • Radiation situation at the Sangachal terminal area and along the Northern pipeline (AMOC, 1998)
  • Map of the natural radioactivity in the Garadag area (RSK Radian)
  • Binəqədineft və Balaxanıneft NQÇİ-in sahılırində qamma-planalma işlərinin aparılması və nümunələrin radionuklid tərkibinin təyini (Azneft, 1993).
  • Bakı şəhərinin Xətai rayonunda radioekoloji durumun qiymətləndirilməsi (TMGE, 1994).
  • “Qaradağsement” zavodunda sement hazırlanması zamanı istifadə olunan qazma şlamının radiometrik tədqiqatı (BP ilə biorlikdə, 2003).
  • “Abşeron” strukturunun dib şöküntülərinin radimetrik analizi (Shevron, 2003).
  • Daşgil palçıq vulkanında metan axınının monitorinqi, Almaniyanın Geologiya Elmləri və Təbii Sərvətlər Nazirliyi ilə birgə, 2004-2019-cu illər.
  • Bakı-Tbilisi-Ceyhan neft kəməri boyunca və ona bitişik ərazilərdə geodinamik monitorinqin aparılması (BP ilə birgə), 2008-2010-cu illər.
  • CRDF-in qrantı (ABŞ): Azərbaycanın maykop seriyasının sekvens-stratiqrafiyası və neft potensialı (2004-2006).
  • CRDF-in qrantı (ABŞ) № AZ-G2-2664-BA-05: Xəzər dənizinin sahilyanı hissəsində yeraltı suların və nutriyentlərin boşalmasının izotop metodu ilə qiymətləndirilməsi (2005-2007).
  • SNSF-in qrantı (İsveçrə) № IZ7420-127917: İsveçrə metodologiyasını və təcrübəsini istifadə edərək Azərbaycan üçün radon kadastrının yaradılması və radon probleminin diaqnostikası və azaldılması üçün tədbirlər (2009-2012).
  • SNSF-in qrantı (İsveçrə) № IZ76Z0_147360: Azərbaycanın yaşayış binalarında radonun yüksək qatılığının azaldılması (2013).
  • ARDNŞ Elm Fondunun qrantı (Azərbaycan): Abşeron yarımadasında neft-qaz istehsalı və emalı proseslərinin ətraf mühitin radioekoloji durumuna təsirinin qiymətləndirilməsi (2012-2013).
  • STCU-nun qrantı (Ukrayna) № 6402: Azərbaycanda daha yüksək təbii radiasiya fonları olan ərazilərdə həyat keyfiyyətinin və əhalinin uzun ömürlüyünün tədqiqi (2018-2019).
  • Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin Inkişafı Fondunun qrantı: “AZERSKY” peyk təsfirləri əsasında Yer təkinin regional neftqazlılığının proqnozlaşdırılması (2018-2021).

Qravimetrik və elektrik
kəşfiyyat işləri

Seysmik-mikroseysmik
tədqiqatlar

GPS tədqiqatları
və topoqrafik xəritəalma

Geoloji mühitin
radiometriyası

Çöküntü hövzələrinin geokimyası
və flüid dimamikası

Geoloji quruluşun
öyrənilməsi

Hidrogeoloji və geoekoloji
tədqiqatlar

ANALİTİK İŞLƏR MƏRKƏZİ

Analitik işlər
mərkəzi

Geotermal Enerji Resursları

GEOTERMAL ENERJİ
RESURSLARI