Geotermal Enerji Resursları
Tədqiqatların əsas istiqamətləri:
- quruda və dəniz akvatoriyalarında geotermik parametrlərin zaman-məkan paylanmasının tədqiqi;
- Yerin istilik sahəsinin modelləşdirilməsi, çökmə hövzələrin istilik inkiçaf modelləri;
- palçıq vulkanlarının istilik sahəsinin tədqiqi;
- geotermik ölçü cihazlarının işlənib hazırlanması;
- geotermal suların tədbiqi;
- geotermal enerji resurslarının və potensialının qiymətləndirilməsi və istifadə perspektivlərinin araşdırılması.
Aşağıdakı işlər həyata keçirilib:
- Azərbaycan SSR-nın geotermik xəritəsi;
- Azərbaycan SSR-nın hidrogeotermik xəritəsi;
- Azərbaycan SSR-nın depresiya zonalarının istilik seli xəritəsi;
- Məhsuldar qatın dabanında temperaturun paylanması xəritəsi;
- Məhsuldar qatın tavanında temperaturun paylanması xəritəsi;
- Maykop lay dəstəsinin dabanında temperaturun paylanması xəritəsi;
- 6000 metrlik üfüqi kəsilişdə temperaturların paylanma xəritəsi;
- Azərbaycanın Geotermik Atlası tərtib olunub.
Şöbənin əməkdaşları bir sıra beynəlxalq layihələrdə iştirak etmişlər:
- CRDF-in (ABŞ) NG-2285 saylı qrantı: Palçıq vulkanlarının formalaşması və fəallaşması: qravimetrik, geotermik və geokimyavi məlumatların əsasında kəmiyyət modelləşdirilmə (2002-2004);
- CRDF-in (ABŞ) AZ-G2-2607-MO-04 saylı qrantı: Tez çökən Cənubi Xəzər hövzəsində seysmik məlumatlar əsasında çökmə süxurların geterogenliyi və qeyri ənənəvi tələlər (2004-2006);
- NATO Expert Visit Ref. No. 981746 qrantı: Global iqlim dəyişməsi ilə bağlı Azərbaycanda uzunmüddətli quyu temperaturlarının monitorinqi (Çex Rrespublikası EA Geofizika İnstitutu ilə birgə), (2005).
- Azərbaycan Respublikasının Prezidentinin yanında Elmin İnkişafı Fondunun qrantı: Qafqaz-Xəzər regionunun paleo və müasir dinamikası: müasir cihazların tətbiqi ilə paleomaqnit və geotermal məlumat bazasının yenilənməsi (2011-2012);
- STCU-nun (Ukrayna) 5363 saylı qrantı: Azərbaycanın istilik sahəsinin yeni GİS xəritə və modellərinin tərtibi və geotermal enerji resurslarının qiymətləndirilməsi (2011-2013).
- ARDNŞ Elm Fondunun (Azərbaycan) qrantı: Abşeron yarımadasında neft-qaz istehsalı və emalı proseslərinin ətraf mühitin radioekoloji durumuna təsirinin qiymətləndirilməsi (2012-2013).
- Azərbaycan Respublikasının Prezidentinin yanında Elmin İnkişafı Fondunun Gənclər qrantı: Azərbaycanda ayrılıqda götürülmüş geotermal obyektlərin enerji potensialının qiymətləndirilməsi və istifadə perspektivlərinin araşdırılması (Carlı quyusu timsalında) (2014-2015).
- Azərbaycan Respublikasının Prezidentinin yanında Elmin İnkişafı Fondunun EİF-KETPL-2-2015-1(25)-56/31/2-M-20 saylı qrantı: Azərbaycan Respublikasının geotermal suları və geotermal enerji resursları (2017-2019).
Qravimetrik və elektrik kəşfiyyat işləri
Seysmik-mikroseysmik tədqiqatlar
GPS tədqiqatları və topoqrafik xəritəalma
Geoloji mühitin radiometriyası
Çöküntü hövzələrinin geokimyası və flüid dimamikası
Geoloji quruluşun öyrənilməsi
Hidrogeoloji və geoekoloji tədqiqatlar
Analitik işlər mərkəzi
GEOTERMAL ENERJİRESURSLARI