HAQQIMIZDA
Mühəndisi geofizika, geodeziya, geologiya və geokimya sahəsində respublika ərazisində geniş spektrdə elmi-tətbiqi işlərin aparılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika institutu “Geoservice GGI” MMC şirkətini təsis etmişdir.
“Geoservice GGI” MMC şirkəti 10 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmışdır (qeydiyyat nömrəsi 1306839601).
Şirkətin mütəxəssisləri iqlim şərtlərindən və təbii şəraitdən asılı olmayaraq mühəndisi geofiziki, axtarış-kəşfiyyat məsələləri ilə yanaşı mühəndisi geoloji məsələləri də həll edirlər. Bizim əməkdaşlar müasir proqram təminatları, müxtəlif geofiziki, geokimyəvi və analitik cihazlarla işləmə təcrübəsinə malikdirlər.
“Geoservis” şirkəti tərəfindən yeni mühəndisi tədqiqat üsullarının işlənib hazırlanması ilə bərabər, avtomobil və dəmir yolları, yaşayış və sənaye tikinti obyektləri, sürüşmə zonaları, neft-qaz sahələri və hidrotexniki qurğular yerləşən ərazilərdə kompleks geoloji, geofiziki tədqiqat işləri və süxur nümunələrinin analizi istiqamətində analitik laboratoriya tədqiqatları aparılır.
“Geoservice GGI” MMC aşağıdakı məsələləri araşdırır:
- mühəndisi geodezik araşdırmalar və topoqrafik planaalma;
- yer səthində deformasiyaların və təhlükəli geoloji proseslərin lokal geodezik monitorinqi;
- geoloji təhlükələrin qiymətləndirilməsi;
- magistral boru xətləri , avtomobil yolu və yüksək gərginlikli elektrik xətləri boyu lokal peyk geodezik şəbəkəsinin qurulması və istismarı;
- geoloji proseslərin və hadisələrin tədqiqi (karst boşluqları, mağaralar, sürüşmələr, köçmələr, palçıq vulkanları və s.);
- ərazinin radioaktiv ekoloji şəraitinin öyrənilməsi;
- lokal qırılmaların təyini;
- seysmik təhlükə, mikroseysmik rayonlaşdırma və seysmik riskin qiymətləndirilməsi;
- neft və qaz kəmərləri marşrutu üzrə risk təhlili və qaz sızmaların müəyyən edilməsi
- yeraltı qaz anbarlarının germetikliyini qiymtləndirilməsi və qaz sızmalarının müəyyən edilməsi, qaz itkilərinin qiymətləndirilməsi
- geokimyəvi üsullarla ərazinin neft-qaz perspeklivliyini qiymətləndirilməsi
- hidrogeoloji şəraitin tədqiqi (yeraltı suların axtarışı, fiziki və kimyəvi analizi);
- geotermal su tədqiqatları və Geotermal Enerji Məsləhətçiliyi;
- geopatogen sahələrin müəyyən edilməsi (Bakı və digər şəhər ərazilərində);
- Yer səthi qaz çıxışları zonasının öyrənilməsi və kimyəvi analizi;
- ekoloji monitorinqlərin aparılması;
- arxeoloji geofizika: arxeoloji abidələrin (kurqanlar, divarlar, və s.) aşkarlanması;
- mürəkkəb arxeoloji obyektlərin daxili quruluşunun öyrənilməsi (kurqanlar və s.);
- kiçik dərinliklərin geoloji kəsilişi;
- aktiv zonalarda olan obyektlərdə qrunt kütləsi dinamikasının monitorinqi;
- inşaat materialları yataqlarının geofiziki üsullarla axtarışı;
- süxur və suların geokimyəvi analizi;
- suxurların petroqrafik öyrənilməsi;
- istənilən qeyri üzvü maddələrdə (bərk, toz, maye) tam kimyəvi və mineraloji tərkiblərinin təyini, neft və neft məhsullarında mikro elementlərin təyini;
- mikrofaunistik təyinatlar.
XİDMƏTLƏRİMİZ
“Geoservice GGI” MMC” şirkəti tərəfindən aşağıdakı geofiziki üsullardan istifadə olunur:
Qravimetrik və elektrik kəşfiyyat işləri
Seysmik-mikroseysmik tədqiqatlar
GPS tədqiqatları və topoqrafik xəritəalma
Geoloji mühitin radiometriyası
Çöküntü hövzələrinin geokimyası və flüid dimamikası
Geoloji quruluşun öyrənilməsi
Hidrogeoloji və geoekoloji tədqiqatlar
Analitik işlər mərkəzi
Geotermal enerji resursları
CİHAZLAR
“Geoservice GGI” MMC şirkəti müxtəlif geofiziki və geoloji məsələləri həll etmək üçün lazımı avadanlıqla təchiz olunmuş, müasir metodlar və proqramlardan istifadə edir.
ƏMƏKDAŞLARIMIZ
“Geoservice GGI” MMC-nin mühəndis-texniki heyəti yüksək ixtisaslı və öz sahələrində böyük təcrübəyə malikdirlər. Şirkət sıralarında geologiya və geofizika sahəsində professorlar, elmlər doktorları və digər mütəxəssislər var.
Məmmədov Samir Qasım oğlu
Geoservis MMC-nin direktoru
dosent, geologiya-mineralogiya elmləri namizədi, İxtisasca geofizikdir.
• QRAVİMETRİK VƏ ELEKTRİK KƏŞFİYYAT İŞLƏRİ
Qədirov Fəxrəddin Əbülfət oğlu
AMEA-nın həqiqi üzvü, professor, g.-m.e.d.
• SEYSMİK-MİKROSEYSMİK TƏDQİQATLAR
Babayev Qulam Rüstəm oğlu
geologiya-mineralogiya elmləri doktoru, dosent İxtisasca geofizikdir
• GPS TƏDQİQATLARI VƏ TOPOQRAFİK XƏRİTƏALMA
Səfərov Rafiq Tofiq oğlu
Yer elmləri üzrə fəlsəfə doktoru, dosent. İxtisasca geofizikdir
• GEOLOJİ MÜHİTİN RADİOMETRİYASİ
Əliyev Çingiz Səid oğlu
AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru
• ÇÖKÜNTÜ HÖVZƏLƏRİNİN GEOKİMYASI VƏ FLÜİD DİNAMİKASI
Feyzullayev Əkpər Əkbər oğlu
akademik, geologiya-mineralogiya doktoru
• GEOLOJİ QURULUŞUN ÖYRƏNİLMƏSİ
Kəngərli Tələt Nəsrulla oğlu
AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya üzrə elmlər doktoru
• HİDROGEOLOJİ VƏ GEOEKOLOJİ TƏDQİQATLAR
Məmmədov Vaqif Ağa Əli oğlu
coğrafiya elmləri doktoru
• ANALİTİK İŞLƏR MƏRKƏZİ
Sadıqov Nazim Məhərrəm oğlu
• GEOTERMAL ENERJİ RESURSLARI
Muxtarov Abdulvahab Şərif oğlu
geologiya-mineralogiya elmləri doktoru
LAYİHƏLƏRİMİZ
ONLAYN SORĞU
“Geoservice GGI” MMC-nin xidmətlərindən istifadə etmək istəyirsiniz?
Yalnız elektron formanı doldurub bizə göndərmək kifayətdir! Əməkdaşımız ən qısa müddətdə sizinlə əlaqə quracaqdır.
ƏLAQƏ ÜÇÜN
ÜNVAN
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 119
İŞ SAATI
10:00 – 19.00
Bazar Ertəsi – Cümə
ƏLAQƏ
Telefon: +994503123258
Telefon: +994125372291
Email: office@geoservis.az